AZ

Abxaziya "parlamenti" Bjaniyanın istefasını qəbul etdi


Abxaziya "parlamenti" "prezident" Aslan Bjaniyanın istefasını qəbul edib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Qeyd olunur ki, 28 nəfər bu qərarın lehinə, 1 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, son 4 gündə Abxaziyada iğtişaşlar baş verib. Etirazçılar Suxumda "prezident" administrasiyasının binasını zəbt ediblər. Dünən müxalifət "prezident"in əvəzedici təyinat təklifini qəbul edib və "respublika"nın idarəçiliyi müvəqqəti olaraq, vitse-prezident Badru Qunbaya tapşırılıb. Bundan əlavə, Bjaniya cavab tədbiri olaraq etirazçılardan hökumət kompleksini tərk etməyi tələb edib. İndi Abxaziya növbədənkənar prezident seçkiləri qarşısındadır. Yeni "prezident" seçilənə qədər indiki nazirlər öz vəzifələrində qalacaqlar.

Zaur, BakuPost
Seçilən
33
35
bakupost.az

10Mənbələr