Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən əczaçılıq məhsulları və tibbi ləvazimatlara 1 milyard 34 mln. manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,5% azdır.
Qeyd edək ki, hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.