İran Avropa İttifaqı və Böyük Britaniyanın Rusiyaya ballistik raketlər göndərdiyi iddiası ilə Tehrana qarşı tətbiq etdiyi qeyri-qanuni sanksiyaları qəti şəkildə rədd edir. Bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib.
“Baqai Avropa İttifaqı və Böyük Britaniyanın dövlətlərin müdafiə və hərbi sahədə qanuni əlaqələrinə müdaxiləsini pisləyib. Vurğulayıb ki, İran İslam Respublikası milli maraqları və milli təhlükəsizliyi təmin etmək üçün tərəfdaşları ilə əməkdaşlıq imkanlarından istifadə edəcək",- İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Oxuməni.az