AZ

"İphone" işlədənlərə ŞAD XƏBƏR: Vergi tutulmayacaq - Dekabrdan


"Apple Distribution International Limited" şirkətinə ödənişlər edərkən banklar alıcılardan ƏDV çıxarmayacaq. Bu dəyişiklik, həmçinin "Apple" məhsullarını və xidmətlərini (məsələn, App Store, iCloud, Apple Music) istifadə edən Azərbaycan vətəndaşlarına aiddir.

"Apple Distribution International Limited" şirkəti ƏDV məqsədilə vergi uçotuna alınıb və 1 dekabr 2024-cü ildən qüvvəyə minir. Bu tarixdən başlayaraq "iPhone" istifadəçiləri və digər "Apple" xidmətlərindən faydalananlar, bu şirkətə ödəniş edərkən ƏDV ödəməyəcəklər.

Dəyişiklik,Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi tərəfindən tətbiq edilən yeni elektron sistemlə həyata keçirilir.

Qeyd edək ki, "Apple" əsasən, Avropa, Yaxın Şərq və Afrika bölgələrində xidmətlər və məhsullar təqdim edir.

  //milli.az
Seçilən
3
6
ann.az

10Mənbələr