İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında Pakistan təmsilçiləri ilə görüş barədə paylaşım edib: “Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşümüzdə ölkələrimizin iqtisadi tərəfdaşlığının inkişafını məmnunluqla vurğuladıq. İnvestisiyalar, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta