AZ

Kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır – Məcnun Məmmədov

Bakı. Trend:

Kənd təsərrüfatının gələcəyi innovasiyalar, texnologiyalar vəinklüzivliklə bağlıdır

Trend xəbər verir ki, bunuAzərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Fermerlərüçün iqlim maliyyələşdirilməsinin artırılması: təsərrüfat təcrübəsivə konkret həllər" mövzusunda panel müzakirə zamanı bildirib.

"Azərbaycan hökuməti sürətlə dəyişən dünyada fermerlərimizindəstəklənməsinə sadiqdir. Biz başa düşürük ki, kənd təsərrüfatınıngələcəyi innovasiyalar, texnologiyalar və inklüzivliklə bağlıdır.Bu baxımdan, biz məhsuldarlığı optimallaşdıran, resursları qoruyanvə iqlim dəyişikliklərinə davamlılığı artıran süni intellekt vərəqəmsal alətlər də daxil olmaqla, qabaqcıl texnologiyalarıntətbiqinə kömək edən təşəbbüslərə üstünlük veririk. Bu nailiyyətləryalnız məhsuldarlığın artırılması üçün deyil, həm də bu gün çoxmüzakirə olunan davamlı kənd təsərrüfatı təcrübələrinin təməliniyaratmaq üçün vacibdir.

Eyni zamanda, kənd təsərrüfatında real irəliləyiş insankapitalına investisiyalardan asılıdır. Biz fermerlərimizi müasirkənd təsərrüfatı sahəsində uğur qazanmaq üçün lazım olan bilik vəbacarıqlarla təmin etməyə çalışırıq. Bu, təlim proqramları,məsləhət xidmətləri və iqlimə davamlı təcrübələrlə bağlı mühümməlumatlara çıxışı əhatə edir.

Xüsusi diqqət qadınların və gənclərin kənd təsərrüfatındaimkanlarının artırılmasına yönəlib. Onların cəlb edilməsi yalnızədalət məsələsi deyil, həm də bütün aqrar sektorun dayanıqlığı vədinamikası üçün strateji bir zərurətdir", - deyə nazirbildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
29
az.trend.az

1Mənbələr