ABŞ-da yerləşən qlobal aviasiya şirkəti “Boeing”-in işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində 2 mindən çox işçisini ixtisar edəcəyi açıqlanıb.
Publika.az xəbər verir ki, Vaşinqton ştatının Məşğulluq Təhlükəsizliyi Departamentinə edilən bildirişə görə, “Boeing” dekabr ayında 2199 əməkdaşını ixtisar edəcək.
Həmçinin fabrik işçilərinin sentyabr ayında tətil etmələrinin ardından xərcləri azaltmaq üçün işə qəbulu dondurmaq, səyahətləri dayandırmaq kimi tədbirlər görməyin planlaşdırıldığı qeyd olunub.
ABŞ mətbuatında çıxan xəbərlərdə 17 min “Boeing” işçisinin ixtisarlardan təsirlənəcəyi bildirilir.