AZ

Lavrov Qərbə Rusiyanın yenilənmiş nüvə doktrinasını tam oxumağı TÖVSİYƏ ETDİ

“Bu gün bizim nüvə doktrinamızın əsasları rəsmən dərc olunub. Orada hər şey təsdiqlənir. Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanda açıq şəkildə söylədiyi sözlər artıq qanunla təsbit olunub”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
 

Ümid edirəm ki, orada (Qərbdə) bu doktrinanı oxuyacaqlar. Onlar BMT Nizamnaməsini oxuduqları kimi deyil, orada yalnız onlara lazım olanı görürlər, doktrina bütün tamlığı və bir-biri ilə bağlıdır”, - Rusiya XİN rəhbəri qeyd edib.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiq edib. Müvafiq sənəd rəsmi hüquqi məlumatlar portalında dərc olunub.

Xatırladaq ki, Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti keçirilib.

Bizim.Media

Seçilən
19
6
bizim.media

10Mənbələr