AZ

Azərbaycan Pakistanla investisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə etdi (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanİslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası vəkommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrininmüxtəlif istiqamətlərdə uğurla inkişafından məmnunluqvurğulanıb.

İnvestisiyalar və ticarət sahəsində əməkdaşlığıngenişləndirilməsi, həmçinin, hər iki ölkənin işgüzar dairələriarasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirəedilib.

Görüşdə Pakistanla energetika, sənaye, nəqliyyat, turizm vədigər sahələrdə birgə layihələrin icrası üçün imkanların mövcudolduğu diqqətə çatdırılıb. Bildirilib ki, investisiya və ticarəttərəfdaşlığının dərinləşdirilməsi üçün bu potensialdan səmərəliistifadə etmək böyük əhəmiyyət daşıyır.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlığımızın gündəliyində durandigər məsələləri müzakirə ediblər.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
25
3
az.trend.az

5Mənbələr