AZ

Paşinyanın mesajı məmurları şoka saldı

Ermənistanın Baş naziri Nikol Paşinyan "WhatsApp" messenceri ilə bir neçə məmura mesaj yazaraq, işdən çıxarılmaları barədə məlumat verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Bildirilib ki, Dövlət Gəlirlər Komitəsinin keçmiş rəhbəri Rüstəm Badasyan işdən çıxarılma xəbərini gəzintidə olarkən alıb. Məmur bunu zarafat kimi qəbul edib.

Lakin Badasyan oxşar mesajları alan digər həmkarları ilə söhbətdən sonra bunun doğru olduğunu anlayıb.

Xatırladaq ki, Ermənistanda bir neçə yüksəkvəzifəli məmur istefa verib. Paşinyan məmurların onun təşəbbüsü ilə istefa verdiklərini açıqlayıb.


Müəllif: Teleqraf.com
Seçilən
6
10
teleqraf.com

10Mənbələr