ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə o özü feysbuk səhifəsində paylaşım edib:
"Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyim üçün instaqram hesabıma hücum olub. Paylaşımlarımı müvəqqəti olaraq feysbuk üzərindən edəcəyəm".
Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia etmişdi.