AZ

ABŞ "Qazprombankı" da SWİFT-dən ayırır...

Image

Bu məsələdə Avropa ilə ABŞ arasında fikir ayrılığının yaranması qaçilmazdır

Amerika və kollektiv Qərbin Rusiyaya qarşı sanksiyaları, bəlli olduğu kimi, getdikcə şiddətlənir. Demokratlar düşünür ki, iki aydan sonra estafeti ələ alacaq Donald Tramp hakimiyyəti əvvəlki dönəm prezidentliyi dövründəki kimi bu dəfə də Rusiyaya qarşı loyal siyasət yürüdəcək. 

Ona gorə də Bayden adminstrasiyası qarşıdaki iki ay ərzində bütün istiqamətlərdə öz görəvlərini tamamlamağa çalışır. Bu, həm Ukraynaya Rusiyanın dərinliklərinə zəribələr endirməyə icazə verilməsində, həm də rəsmi Moskvaya qarşi sanksiyaların daha da kəskinləşdirilməsində təzahür edir. Bu məsələlərdə Baydenin tələsdiyi açıq-aşkar gorünməkdədir

Yaponiyanın "Nikkei" agentliyi yazır ki, "Qazprombank" SWIFT sistemindən ayrıla bilər. Co Bayden administrasiyası Trampın andiçmə mərasimindən əvvəl “Qazprombank”ı sanksiyalar siyahısına əlavə etməyi düşünür. Yekun qərar noyabrın sonuna kimi veriləcək.

İndiyədək enerji əməliyyatlarının həyata keçirildiyi maliyyə təşkilatı Qərbdən ciddi məhdudiyyətlərə məruz qalmayıb.

Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç "Qazprombank"ın sanksiya səbəbləri və perspektivləri haqqında deyib: “Hazırda "Qazprombank”ın SWIFT vasitəsilə əməliyyatların aparılmasının davam etdirilməsi ehtimalı mövcuddur. Göründüyü kimi, ABŞ və avropalılar, xüsusən hələ də Rusiya qazını alanlar, o cümlədən Aİ-yə daxil olan – Slovakiya, Macarıstan, İtaliyanın şimalı rus qazını, eyni zamanda Aİ-yə başqa mənbələrdən daxil olan qazı almaqda davam etmək fikrindədirlər. Buna görə də, "Qazprombank"ın əməliyyatlar üçün istifadə oluna biləcəyi razılaşdırılıb. Ancaq Bayden administrasiyasının hakimiyyətdə qaldığı son həftələrdə siyasi, iqtisadi, hərbi və s. sahədə həyata keçirdiyi siyasət qarşıdurmanın kəskinləşməsinə hesablanıb. Elə bir vəziyyət yaranıb ki, Rusiya qazının Avropadakı əsas istehlakçısı - Avstriya birbaşa Rusiya Federasiyasından qaz nəqlini ya tam, ya da qismən dayandırmaq ərəfəsindədir. Ola bilsin ki, qonşu ölkələr vasitəsilə nəql də məhdudlaşdırılacaq. Bu şərtlərdə, görünür, Bayden administrasiyası oyunda payı artırmaqla, "Qazprombank"ın SWIFT  vasitəsilə hesablaşma imkanlarını çətinləşdirir. Buna görə də hipotetik olaraq "Qazprombank"-ın SWIFT-dən ayrılması barədə qərar qəbul edilə bilər. SWIFT dünyada yeganə maliyyə əlaqəsi sistemi deyil, alternativlər var, onlar sadəcə daha bahalı və daha narahatdır.

Rusiya qazının Çinə tədarükünə gəldikdə isə, SWIFT sistemi onlara heç bir şəkildə xidmət göstərmir, onlar milli valyutalarda alternativ mexanizmdən istifadə edirlər. Rusiyanın sıxılmış qaz ixracına gəlincə, hazırda orada maliyyə əməliyyatlarının dəqiq necə qurulduğuna dair heç bir rəsmi hesabat yoxdur. Hazırkı mərhələdə SWIFT-in kəsilməsi sanksiyalar siyasətində 2022-ci ilin əvvəlində olduğu qədər təsirli bir amil olmaya bilər.

"Qazprom" Avstriyanın enerji şirkəti OMV-nin Rusiyadan qaz tədarükünün dayandırılması ehtimalı ilə bağlı verdiyi açıqlamadan sonra, 18 noyabr tarixindən etibarən 42 milyon kubmetrdən çox qazın Ukrayna üzərindən Avropaya tədarükünü davam etdirdiklərini bildirdi.

OMV daha əvvəl bildirmişdi ki, "Qazprom" Export-dan Almaniyaya qaz tədarükü ilə bağlı əməliyyat onun xeyrinə başa çatıb. Beynəlxalq arbitraj ona 230 milyon avro, üstəgəl faizlər və Avstriyaya tədarük müqaviləsi çərçivəsində ödənişlər üçün vəsait ödəyib".

Ekspertin dediklərindən də bəllidir ki, Rusiyanın "Qazprombank”ı əsasən neft və qaz satışının əməliyyətlərı üçün nəzərdə tutulur. Rusiyanın Avropaya satdığı bütün resursların dəyəri məhz bu bank vasitəsilə ödənilir. ABŞ üçün "Qazprombank”ın SWIFT-dən ayrılması sadəcə bir qərardırsa, Avropa üçün isə bu, ildə 60 milyard kubmetrə rus qazından məhrum olmaqdır. Çünki Rusiya, qaz satışına görə mütəmadi ödəniş olmayacaqsa, qaz verlişini dayandıracaq. Belə olan halda isə Avropa İttifaqının bir necə ölkəsi çıxılmaz vəziyyətə düşə bilər. Alternativ vasitələrdən istifadə etməklə pul köçürmələri də Avropa ölkələrinin xərclərini artıracaq. Ona görə də "Qazprombank"ın SWIFT-dən ayrılması prosedur olaraq asandır, amma onun fəsadlarının aradan qaldırılması barədə də qərara təşəbbüs göstərən tərəf düşünməlidir. Yəni bu məsələdə Avropa ilə ABŞ arasında fikir ayrılığının yaranması qaçilmazdır.

Qeyd edək ki, SWIFT heç bir qurumun beynəlxalq ödəniş sistemi yaratmasını və bu sahədə monopolist olmasını istəməyən Amerika və Avropa banklarının birgə qurduğu sistemdir. 2 mindən çox bank və maliyyə institutu SWIFT şəbəkəsinin ortaq sahibidir. Bu sistemdən hansı bankın məhrum edeilməsinə də Amerika və Avropa bankları kollegial qərar verir.

Akif NƏSİRLİ





Seçilən
27
24
baki-xeber.com

10Mənbələr