AZ

"Crocus"da terror törədən 4 nəfərin həbs müddəti uzadıldı

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı törətməkdə təqsirləndirilən dörd nəfərin həbs müddətini 2025-ci il fevralın 22-dək uzadıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki,  bu barədə məhkəmə qərarında elan olunub. 

“Dalerjon Mirzəyev, Səidəkram Raçabalızoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 22 fevral 2025-ci ilədək uzadılsın”, - hakim Yevgeniya Kozlova elan edib. 

Bundan əvvəl təqsirləndirilən şəxslərin həbs müddəti noyabrın 22-dək uzadılmışdı.

Seçilən
44
50
unikal.az

10Mənbələr