AZ

İPhone istifadəçilərinə xəbərdarlıq - Bu tarixdən bütün məlumatlarınız silinəcək

Gələn aydan etibarən Apple iOS 8 və ya daha əvvəlki versiyalarla işləyən iPhone və iPad-lərdə iCloud cihazlarının ehtiyat nüsxələrinin çıxarılmasını rəsmən qadağan edəcək.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, bu barədə "MacRumors" portalı məlumat yayıb.

Dəyişikliklər 18 dekabr 2024-cü il tarixindən qüvvəyə minir. Bu tarixdən sonra ehtiyat nüsxələri iOS 9 və ya sistemin sonrakı versiyasını tələb edəcək.

Apple həmçinin köhnə cihazlarda mövcud olan bütün ‌iCloud‌ ehtiyat nüsxələrini həmişəlik siləcək.

Apple-ın rəsmi saytında qeyd olunur ki, iOS 8 və ya daha əvvəl işləyən iPhone və iPad-lərdə saxlanılan proqramlar və məlumatlar öz yerində qalacaq. Eyni zamanda, arzu edilərsə, gadget sahibləri Windows ilə Mac və ya PC-də ehtiyat nüsxələri əl ilə yarada bilərlər. Şirkət bu addımı cari "minimum proqram təminatı tələblərinə" cavab vermək istəyi ilə izah edib.

Seçilən
2
4
musavat.com

10Mənbələr