AZ

Ərdoğan: "İsrail prezidentinin Bakıya uçuşuna icazə vermədik"

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan İsrail prezidenti İsaak Hersoqun Bakıya uçuşuna Ankaranın mane olduğu haqda xəbərlərə aydınlıq gətirib.

Bakupost.az xəbər verir ki, Ərdoğan xəbəri təsdiqləyib: “Bizim hava məkanımızdan istifadə etməsinə icazə vermədik. Daha fərqli xətlər, imkanlar var. Oralardan getməsini dedik. Amma gedib ya gedə bilmədiyini də bilmirəm. Biz artıq, Türkiyə olaraq, bəzi şeylərdə öz münasibətimizi ortaya qoymağa məcburuq və bunu edəcəyik”.

Qeyd edək ki, bu arada İsrail KİV-i bildirib ki, ötən şənbə ŞABAK-ın (İsrail Ümumi Təhlüksizlik Xidməti ) rəhbəri gizlicə Türkiyəyə gəlib.

O, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla görüşüb. Həmin görüşdə girovlarla bağlı danışıqların yenilənməsi və Türkiyənin mümkün dəstəyi müzakirə olunub.


Seçilən
17
1
bakupost.az

2Mənbələr