Ev sahibləri hesab fərqini artırıblar.
Viktor Dyökereş 36-cı dəqiqədə yenidən adını tabloya yazdırıb - 3:0.
Matçda növbəti qol vurulub.
Meydan sahibləri fərqi artırıblar - 2:0.
Viktor Dyökereş 26-cı dəqiqədə fərqlənib.
Azərbaycan-İsveç oyununda hesab açıldı.
10-cu dəqiqədə Deyan Kulusevski İsveçi hesabda önə keçirir - 1:0.
UEFA Millətlər Liqasının VI turunun son oyun günündə Azərbaycan millisi İsveç seçməsi ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, "Stroberri Arena"da təşkil olunan oyun başlayıb.
Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək İsveç və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İsveç: Viktor Yohansson, Karl Starfelt, Qabriel Qudmundsson, Ken Sema, Yasin Ayari, Yesper Kalström, Deyan Kulusevski, Anton Saletros, Sebastian Nanasi, Aleksander İsak, Deyan Kulusevski, Viktor Dyökereş.
Baş məşqçi: Yon Dal Tomasson
Azərbaycan: Rza Cəfərov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Coşqun Diniyev, Ozan Can Kökçü, Toral Bayramov, Mahir Emreli, Nəriman Axundzadə.
Baş məşqçi: Fernandu Santuş
Qeyd edək ki, "Stroberri Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-da start götürəcək.
Bu gün UEFA Millətlər Liqasının VI turunun son oyun günündə Azərbaycan millisi İsveç seçməsi ilə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüş millimizin C liqasında qalması üçün son şansı olacaq.
Belə ki, Azərbaycan millisi İsveçlə görüşdə məğlub olacağı təqdirdə tarixində ilk dəfə D liqasına enəcək.
Qeyd edək ki, hazırda xalsız olan millimiz C liqasının 1-ci qrupunda sonuncu pillədə qərarlaşıb. Aktivində 13 xalı olan İsveç qrupun vahid lideridir. Slovakiya 10 xalla 2-ci, Estoniya dörd xalla üçüncüdür.
19 noyabr
UEFA Millətlər Liqası
C Liqası
Saat 23:45, İsveç - Azərbaycan.
Mənbə: oxu.az