Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxıb.
QOL.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olub. Oyunda Azərbaycan millisi 0:6 hesabı ilə uduzub. Bu biabırçı məğlubiyyətlə yığmamız C liqasında qalmaq şansını itirib.
6 matçdan sonra cəmi 1 xala malik olan millimiz qrupu sonuncu pillədə başa vurub. Yığmamız bununla da ən zəif 6 komandanın mübarizə apardığı D liqasına birbaşa yuvarlanıb.
İsveç millisi isə qrupu 16 xalla 1-ci yerdə başa vurub.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup, 6-cı tur
19 noyabr
23:45. İsveç - Azərbaycan - 6:0
Qollar: Kluşevski, 10 (1:0), Qyökereş, 26 (2:0), 37 (3:0), Kluşevski, 57 (4:0), Qyökereş, 59 (5:0), 70 (6:0)
Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)
Solna, “Strouberri Arena”
Xallar: İsveç - 16, Slovakiya - 13, Estoniya - 4, Azərbaycan - 1.