AZ

İsveçlə oyun Fernandu Santuşa dərs olub

"Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis Millətlər Liqasında İsveç yığmasına 0:6 hesablı məğlubiyyəti şərh edib: "İndiyə qədər olan oyunlarda doğru yolda olduğumuzu deyirdim. Amma bu günkü görüş barədə bunu deyə bilmərəm. Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm. Komandanın taktiki sxemini mən düzəldirəm və futbolçuları heyətə cəlb edən mənəm. Baxamayaraq ki, görüşə yaxşı hazırlaşmışdıq. Düşünürdüm ki, ön xətdə iki sürətli futbolçumuzun xidmətindən yüksək səviyyədə yararlana bilərik. Təəssüf ki, bu, bizdə alınmadı. Bu görüş mənim üçün dərs oldu. Öz üzərimizdə çox çalışmalıyıq. Mən məsuliyyəti başqa şəxslərin üzərinə atan məşqçilərdən deyiləm. Böyük hesabla uduzmuşuqsa, məsuliyyət mənə aiddir" (Report.az).

Qeyd edək ki, səfərdə böyük hesabla uduzan millimiz D Liqasına yuvarlanıb.

İdman.biz

Seçilən
7
8
idman.biz

10Mənbələr