AZ

Yatızdırıb zorlayırmış: Kral ailəsində qalmaqal bütün Norveçi silkələdi

Norveç şahzadəsinin oğlu Marius Borg Heybinin qalmaqallı hekayəsi davam edir - o, bu günə qədər araşdırması davam edən zorlama işi ilə bağlı yenidən həbs edilib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə VG portalı xəbər yayıb.

Bildirilib ki, Heybi Cinayət Məcəlləsinin zorlama ilə bağlı 291-ci maddəsinin (b) bəndini pozmaqda ittiham olunur.

"B" bəndi huşsuz vəziyyətdə olan və ya digər səbəblərdən hərəkətə qarşı müqavimət göstərə bilməyən şəxsə qarşı cinsi zorakılığı müəyyən edir", - deyə nəşrdə qeyd olunub.

Həm vəkil, həm də ittiham tərəfi "cinsi əlaqəsiz zorlama"dan söhbət getdiyini bildirir. Bunun nə demək olduğu dəqiq məlum deyil.

Lakin xatırladaq ki, şahzadə Mette-Maritin böyük oğlu artıq üçüncü dəfədir ki, zorlama ittihamı ilə həbs olunur.

Seçilən
3
3
hakimiyyet.az

4Mənbələr