AZ

ÜST rəsmisi: Azərbaycanın Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının formalaşmasındakı fəal rolunda maraqlıyıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge Azərbaycanın İslandiyada təsis ediləcək Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının işinin formalaşmasında fəal rolunu gözlədiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə ÜST rəsmisi sosial şəbəkədə yazıb.

“Səhiyyənin Azərbaycanın siyasi gündəliyində bu qədər yüksək yer tutması həqiqətən ilhamvericidir!”, – Klüge qeyd edib.

O, “xarici işlər naziri Ceyhun Bayramova bu öhdəlik və COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyinə görə təşəkkür etdiyini” vurğulayıb.

Səhiyyə təşkilatının regional direktoru əmindir ki, “bu əlamətdar hadisə Azərbaycanda yaşıl keçidin irəliləməsi üçün katalizator rolunu oynayacaq”.

“Həmçinin nazir Bayramova 2025-ci ildə İslandiyada təsis ediləcək Pan-Avropa Səhiyyə və İqlim Komissiyası haqqında məlumat verdim və Azərbaycanın onun işinin formalaşmasındakı fəal rolunda marağımı diqqətə çatdırdım”, – deyə Klüge fikrini yekunlaşdırıb.

Xatırladaq ki, daha əvvəl XİN başçısı Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanda səfərdə olan Klügeni qəbul etmişdi.

Seçilən
10
1
far.az

2Mənbələr