AZ

Norveçin vəliəhd şahzadəsinin oğlu zorlamada şübhəli bilinərək saxlanılıb

Norveç vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Hoibi Osloda saxlanılıb.

Norveç polisinin verdiyi açıqlamada, Norveç vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu Marius Borq Hoibinin zorlamada şübhəli bilinərək saxlanıldığı təsdiqlənib.

Vəliəhd Şahzadə Hokon və Mette-Maritin əvvəlki münasibətdən olan ögey oğlu, 27 yaşlı Borq Hoibinin kral titulu və rəsmi vəzifəsi yoxdur.

Bazar ertəsi axşam saatlarında Osloda polis Hoiby-ni "huşunu itirmiş və ya zorlamaya müqavimət göstərə bilməyən şəxslə cinsi əlaqədə olmaq" maddəsi ilə ilkin ittihamla saxlayıb.

İlkin ittiham rəsmi ittihamlar irəli sürülməzdən əvvəl səlahiyyətlilərə istintaq zamanı şübhəliləri saxlamağa imkan verir.

Səlahiyyətlilər təcavüzün nə vaxt baş verdiyini açıqlamayıb. Norveç mətbuatının məlumatına görə, Borq Hoibi ittihamı rədd edib.

Seçilən
22
aznews.az

1Mənbələr