AZ

Enerjidoldurma məntəqələrinin sayının artırılması istiqamətində işlər davam etdiriləcək

İşğaldan azad edilmiş ərazilərdə mövcud olan hər bir yarımstansiya qarşısında 2 ədəd 120 kilovatlıq enerjidoldurma məntəqəsi quraşdırılıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına "Azərişıq" ASC-nin Tədris İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

Onun sözlərinə görə, məntəqələrin ikinöqtəli olması nəzərə alınarsa, artıq 40 nöqtədə avtomobillərin enerji ilə təmin olunması həyata keçirilir.

"Yaşıl enerji zonasında, yəni Qarabağ və Şərqi Zəngəzur ərazisində istismar olunan bütün enerjidoldurma məntəqələri yaşıl enerji ilə təmin edilib. Söhbət günəş, həm də kiçik su elektrik stansiyalarından alınan enerjidən gedir. Ölkə üzrə isə hansı yerdə günəş və yaxud külək enerjisi almaq əlverişlidirsə, orada enerjidoldurma məntəqələri üçün xüsusi konstitusiyalardan istifadə edilir",- Araz Məmmədzadə qeyd edib.

Əlavə olaraq bildirilib ki, hazırda ölkə üzrə ümumilikdə 200-dən çox enerjidoldurma məntəqəsi və 1000-dən artıq qoşulma nöqtəsi istismara verilib. Elektrik avtomobillərinin sayının artmasını nəzərə alaraq, növbəti illərdə də məntəqələrin sayının artırılması istiqamətində işlər davam etdiriləcək.

Hüseyn VƏLİYEV

Seçilən
6
3
vergiler.az

4Mənbələr