AZ

Türkiyədən Qazaxıstana hazır geyim ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Qazaxıstanahazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə20,8 faiz artaraq, 398 milyon 384 min 69 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Qazaxıstana 52 milyon 192 min 85dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçənilin oktyabr ayı ilə müqayisədə 74,6 faiz çoxdur.” – deyənazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə7,3 faiz azalaraq, 15,1 milyar dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğindəhazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayıilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024)Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.

Seçilən
56
23
az.trend.az

10Mənbələr