Azərbaycan şahmatçısı Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 36 yaşlı qrossmeyster buna Monteneqroda keçirilən Avropa çempionatında 14-cü yeri tutmaqla nail olub.
Məmmədov yarışın son turunda Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb və qələbə qazanıb. Bununla da aktivindəki xalını 7,5-ə yüksəldən şahmatçımız çempionatı 14-cü yerdə bitirib. Bu mövqe ona Dünya kubokuna vəsiqə verib. Yarışda digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.
Şahmat Mərkəzində yeni təyinat
"Vüqar Həşimov" Avropa Kubokunda İsrail klubu ilə qarşılaşacaq
Azərbaycan klubundan qələbə
Gimnaziadada çıxış edəcək şahmatçılarımız açıqlanıb
Azərbaycan şahmatçıları "Wall Street"də