AZ

Qənirə Ataşovanı qanunsuz "həkim"ləri ifşa etdiyinə görə hədələdilər - DİN-dən açıqlama

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev mətbuata açıqlamasında bildirib ki, müraciətdən məlumatlıdırlar. O qeyd edib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, Qənirə Ataşova bir müddətdir saxta diplomlu plastik cərrahları ifşa edir. O, 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib. Ataşova həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini bildirib.

Seçilən
0
2
sabahinfo.az

3Mənbələr