Bu il 29 noyabr - 8 dekabr 2024-cü il tarixlərində Türkiyənin Ankara şəhərində növbəti ənənəvi 21-ci Ankara Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, ATO Congresium Sərgi Mərkəzində keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında Türkiyənin hər yerindən oxucular, yazıçılar, nəşriyyatlar, mədəniyyət və sənətsevərləri bir araya gətirir və ümumilikdə sərgini 500 mindən artıq insanın ziyarəti gözlənilir.
Bu il Sərginin Təşkilat Komitəsi “Qonaq ölkə” olaraq Azərbaycanı seçib.
Azərbaycan Mədəniyət Nazirliyinin dəstəyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Sərgidə Azərbaycan milli stendini təşkil edəcək.