AZ

UNESCO-nun xoşməramlı səfiri: “Turizmdə davamlılığın inkişafı üçün ciddi addımlar atılmalıdır”

Turizm sektoru üzrə davamlılığın inkişafı məqsədilə ciddi addımlar atılmalıdır.

"Far.Az" xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas COP29 çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərin birinci görüşündə bildirib.

"Turizm iqtisadi inkişafı təmin etmək, mədəniyyətlərarası əlaqələri təşviq etmək və təbii və mədəni sərvətlərin qorunmasını təmin etmək imkanlarına malikdir. İordaniyada turizm ÜDM-nin 14,6 %-ni təşkil edir. Bu sahə davamlı inkişaf və iqlim fəaliyyəti üçün əhəmiyyətli sektordur", - o vurğulayıb.

Onun sözlərinə görə, COP29-dakı turizm təşəbbüsü qlobal arxitekturanın yaradılmasına töhfə verir: "Bu, qlobal sülh və ədalətə töhfə verə biləcəyimiz, zəruri maliyyəyə çıxış əldə edə biləcəyimiz və turizmin inkişaf edib iqlim fəaliyyətinə töhfə verə biləcəyi bir çərçivədir. Biz həmçinin turizm sektoru üzrə davamlılığın inkişafı məqsədilə əhəmiyyətli addımlar atmalıyıq, davamlı turizm təcrübələrinə, bərpa olunan enerji, tullantıların idarə edilməsi sistemləri və “yaşıl infrastruktura” investisiyalara diqqət yetirməliyik".

Seçilən
0
1
far.az

2Mənbələr