AZ

Şahzadənin oğluna qarşı zorlama ittihamı

Norveçin vəliəhd şahzadəsi Mette-Maritin böyük oğlu bu dəfə zorlamada şübhəli bilinərək yenidən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Associated Press polisə istinadən məlumat yayıb.

Marius Borq Heybi Norveç taxt-tacının varisi, vəliəhd Şahzadə Haakonun ögey oğlu və Mette-Maritin əvvəlki münasibətdən oğludur.

Onun kral titulu və ya rəsmi vəzifəsi yoxdur. Borq Heybi bazar ertəsi gec saatlarda Osloda “huşunu itirmiş və ya başqa şəkildə bu hərəkətə müqavimət göstərə bilməyən şəxslə cinsi əlaqədə olmaq” ittihamı ilə saxlanılıb.

Polis iddia edilən zorlamanın nə vaxt baş verdiyini açıqlamayıb, yalnız “qurbanın hərəkətə müqavimət göstərə bilməməsi” vəziyyətində olduğunu bildirib.

Norveç mətbuatı Borq Heybinin ittihamları təkzib etdiyini yazıb. Təcavüzə məruz qaldığı iddia edilən qadının vəkili Hege Salomon Norveçin NRK telekanalına deyib ki, işi qadın deyil, polis qaldırıb. Qadının şəxsiyyəti müəyyən edilməyib.
NTB xəbər agentliyinin məlumatına görə, kral sarayı şərh verməkdən imtina edib.

Bu, şahzadənin oğlunun saxlanılması ilə bağlı ilk hadisə deyil. Avqustun 4-də polis Oslonun mərkəzində iğtişaşlara reaksiya vermiş və Borq Heybini qısa müddətə saxlamışdı. O, ilkin olaraq zorakılıq və cinayət törətməkdə ittiham olunaraq sərbəst buraxılıb.

Seçilən
1
2
bakivaxti.az

4Mənbələr