AZ

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat aldı 

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından hafta.az-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakim diplomuna yeni layiq görülmüş referi beynəlxalq yarışda ölkəmizi ilk dəfə təmsil edəcək.

O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında ədaləti qoruyacaq. Noyabrın 20-23-də Polşanın Dembitsa şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi Polşa komandası mübarizə aparacaq.

Seçilən
2
3
hafta.az

9Mənbələr