AZ

İcarə haqqının ödənilməsi və bəyannamə verilməsi vergi agentinə həvalə oluna bilinəcək

İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verənin verginin ödənilməsi və bəyannamə verməsi ilə bağlı vəzifəsi onun tərəfindən təyin edilən vergi agentinə də həvalə edilə biləcək.

APA-nın xəbərinə görə, bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan Vergi Məcəlləsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıb bəyannamə verir.

Layihəyə əsasən, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti 14 faiz dərəcə ilə vergini özü ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək.

Qeyd edilib ki, əksər sahələrdə olduğu kimi kirayə (icarə) münasibətləri sahəsində də müasir dövrün tələblərin irəli gələrək ənənəvi formadan fərqli yeni münasibətlər sisteminin formalaşması, informasiya texnologiyalarından istifadə, yeni bazar iştirakçılarının yaranması, eyni zamanda məhz kirayə bazarında vasitəçilik funksiyasını həyata keçirən şəxslərdən daxil olan müraciətlər nəzərə alınaraq, əlaqələndirici platformalar vasitəsilə vergi ödəyici olmayan şəxslər arasında əmlak kirayəsi (icarəsi) zamanı vergi öhdəliyinin yerinə yetirilməsi mexanizminin sadələşdirilməsi məqsədilə qeyd edilən halda verginin ödənilməsi və bəyannamənin verilməsi ilə bağlı vəzifənin həmin platformalar (vergi agentləri) tərəfindən yerinə yetirilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 124.1-ci maddəsinə dəyişiklik təklif edilir.

Seçilən
16
5
apa.az

6Mənbələr