AZ

Azərbaycan Universiteti əməkdaşlarının yeni kitabları nəşr olunub - Foto

Azərbaycan Universitetinin əməkdaşları tərəfindən biri lüğət, digəri dərs vəsaiti olmaqla iki yeni kitab hazırlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Ekoloji terminlər lüğəti”nin (Glossary of Ecological Terms) müəllifləri Tərcümə və filologiya kafedrasının müəllimləri – dosent Eldar Şahgəldiyev, filologiya üzrə fəlsəfə doktorları Ləman Qasımlı, Heydər Quliyev və kafedranın müəllimi Oqtay İsmayıldır.

İqlim dəyişikliyi və COP29 ilə bağlı universitetdə aparılan təbliğat işinin və keçirilən maarifləndirmə tədbirlərinin nəticəsi kimi ərsəyə gətirilən vəsaitin söz tərkibi işlənmə tezliyi daha yüksək olan ekoloji terminlərdən ibarətdir. İngilis dilində hazırlanan vəsait ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə və bugünlərdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) mühüm töhfədir.

Digər kitab isə Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elmira İsmayılovanın həmmüəllifliyi ilə hazırlanıb.

İngilis bölməsində təhsil alan tələbələr üçün nəzədə tutulan “Azərbaycan tarixi” adlı dərslik Azərbaycanın ən qədim çağlardan bu günədək mövcud olan sosial-iqtisadi, siyasi, etnik, mədəni tarixini əks etdirir.

Kitab ali məktəblərdə tədris olunan “Azərbaycan tarixi” fənninin proqramına uyğun olaraq və ingilis dilində tərtib olunub.

Seçilən
10
2
qafqazinfo.az

3Mənbələr