Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni təşəbbüsəimza ataraq, tələbə və məzunları üçün unec.edu.az saytının xəbər bölməsində(UNECNews) xüsusi rubrikaaçıb.
Trendxəbər verir ki, bu barədə UNEC məlumat yayıb.
Bildirilib ki, yeni rubrika tələbə və məzunlara müxtəlifsahələrdəki təcrübələrini, ekspert rəylərini, təhlillərini, maraqlıvə aktual mövzularla bağlı yazılarını geniş auditoriya iləpaylaşmaq imkanı yaradır.
Tələbə və məzunlar yazılarını [email protected] e-ünvanına göndərəbilərlər. Təqdim edilən yazılar aktuallığına və məzmununa görədəyərləndirilərək, oxucuların diqqətinə çatdırılacaq.
Aktual və maraqlı mövzularda yazılarını, məşğul olduqları sahəilə bağlı ekspert rəylərini, geniş auditoriyaya çatdırmaq istəyəntələbə və məzunları bu fürsəti dəyərləndirməyə dəvət edirik.