AZ

"Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var" - Palata sədri



Cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var.

aia.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, təhlillərimiz əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir:

"Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7%-i icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. 2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25%-dən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 mln. manat vəsaitə qarşı icra 6,9 mln. manat və ya 1,4% təşkil edib. Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 mln. manata qarşı 9 ayda ümumiyyətlə icra olmayıb".

aia.az



Seçilən
2
8
aia.az

10Mənbələr