AZ

“Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım” – Estetik cərrahlar jurnalisti təhdid edir?

Uzun müddətdir ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərvaycanda müxtəlif klinikalarda fəaliyyət göstərən estetik cərrahlar tərəfindən ölümlə təhdid edildiyini bildirib.

Ulusal.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabından paylaşım edib.

Bu yaxınlarda saxta sənədlər əsasında fəaliyyət göstərdiyi iddia olunan 50-yə yaxın estetik cərrahın adını açıqlayan Q. Ataşova “rezidenturasız cərrahlar” kimi çalışan bəzi şəxslərin onu susdurmaq üçün müxtəlif yollara əl atdıqlarını bildirib.

“Xakker hücumlarını maliyyələşdirənlər arasında “LBC” klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, “Badam” klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var. Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım”,-deyə paylaşımda qeyd olunur. 

Q. Ataşova “İnstagram” hesabına yollanan təhdid mesajlarından bir neçə nümunəni də paylaşıb.

Jurnalist sözügedən paylaşımında hüquq mühafizə orqanlarına, eləcə də digər aidiyyatı qurumlara müraciət edərək sözügedən şəxslərlə bağlı tədbir görülməsini xahiş edib: “Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. “İnstagram” hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm.Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta xakker hücumlarına yönəldirlər. Hüquq mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir”.

Seçilən
12
11
moderator.az

10Mənbələr