AZ

Rusiyada böyük təhlükəyə qarşı hazırlıqlar başlayıb - Foto

Rusiyada

Rusiya Fövqəladə Hallar Nazirliyinin Elmi-Tədqiqat İnstitutu əhalini müxtəlif təhlükələrdən, o cümlədən zərbə dalğalarından, nüvə partlayışları və radioaktiv çirklənmədən qorumaq üçün mobil sığınacaqların kütləvi istehsalına başlayıb.

Reyting.az
Elmi-Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, “KUB-M” adlı səyyar sığınacaqlar insanları nüvə partlayışı nəticəsində yaranan şok dalğalardan və radiasiya da daxil olmaqla, müxtəlif təhlükələrdən qoruya bilər.

Rusiyanın qərbindəki Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərindəki müəssisələrdə kütləvi istehsal olunan səyyar sığınacaqlardan həm də təbii fəlakətlər zamanı istifadə etmək mümkündür.

Səyyar sığınacaqlar 54 nəfərlikdir və bu say artırıla bilər.

Məlumatda qeyd olunur ki, səyyar sığınacağın kütləvi istehsalı vətəndaşların təhlükəsizliyinin artırılması istiqamətində mühüm addımdır.



V. QULİYEV
Seçilən
11
reyting.az

1Mənbələr