AZ

İsraili boykota çağıran sənətçinin mükafatı ləğv edildi

Almaniyada yerləşən “Schelling Architecture Foundation” memarlıq nəzəriyyəsi mükafatını britaniyalı rəssam Ceyms Bridlə vermək qərarından vaz keçib. 

Buna səbəb Bridlin İsrail əleyhinə bəyanat imzalaması olub. Mükafatlandırma mərasiminin bu gün keçirilməsi planlaşdırılırdı.

"Cebheinfo.az" xəbər verir ki, fond iyul ayında verdiyi açıqlamada Bridlenin "memarlıq nəzəriyyəsinə verdiyi fövqəladə töhfələrə" görə 10 min avro dəyərində mükafata layiq görüldüyünü açıqlamışdı. 

Sənətçi oktyabr ayında “Literary Hub” adlı ədəbi platformada dərc olunmuş bəyanatı imzalayıb və İsraili mədəni boykot etməyə çağırıb. Bəyannamədə aşağıdakı ifadələr yer alıb: 

“Biz fələstinlilərə qarşı amansız zülmün ortağı və ya səssiz müşahidəçisi olaraq qalan İsrail mədəniyyət qurumları ilə işləməyəcəyik”. Fond mükafatın ləğvi ilə bağlı mətbuata açıqlamasında sənətçinin siyasi fikirlərini ifadə hüququna hörmət etdiklərini, lakin İsrailə qarşı mədəni təcrid çağırışını dəstəkləyə bilməyəcəklərini bildirib: "Biz Ceyms Bridli antisemitizmdə ittiham etmirik. Lakin biz onun İsraili mədəni təcrid etmək çağırışı ilə əlaqələnməməliyik". 

Seçilən
8
cebheinfo.az

1Mənbələr