"Neftçi"nin futbolçusu Kilan Lebon Sent Martin millisinin heyətində növbəti görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 27 yaşlı vingerin komandası KONKAKAF Millətlər Liqasında B Divizionunun 6-cı turu çərçivəsində Qrenadanın qonağı olub.
Lebon meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Onun komandası 3:0 qalib gəlib. Lebon bu görüşdə dublla yadda qalıb.
Ancaq yekunda Lebonun millisi B Divizionunda yerini qoruya bilməyərək 6 xalla qrup sonuncusu olub və C Liqasına düşüb.
Renat Dadaşov məşqlərə start verib
“Bavariya”dan Musialaya jest
Amorim 7 futbolçu ilə vidalaşacaq
Vieyra İtaliya klubunu çalışdıracaq
“Dortmund”dan Bellingem həmləsi