AZ

"Partiyaların sayı çoxaldıqca vəsaitin bölgüsündə müəyyən problemlər çıxır" - Deputat

"Siyasi partiyalara ayrılan vəsait ötən ildə olduğu kimi 5 milyon manat həcmində saxlanıb. Lakin parlamentdəki siyasi partiyaların sayına daha ikisi əlavə olunub. Hər dəfə partiyaların sayı çoxaldıqca bu vəsaitin bölgüsündə müəyyən problemlər çıxır. Belə ki, digər partiyalar üçün vəsait azalmaya doğru gedir".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa deyib.
"Ona görə də bunun mexanizmini elə tapmaq lazımdır ki, bölgü ədalətli şəkildə getsin. Konkret partiya üzrə bu vəsaitin bölünməsi məsələsində daha optimal yol tapılsın. O zaman mövcud vəsaitin özü belə narahatlıq və narazılıq doğurmayacaq".

Mürtəza
Ölkə.Az

Seçilən
0
2
olke.az

3Mənbələr