AZ

“Uşaq yeməklərinin qiyməti kəllə çarxa çatır, ala bilmirlər”

Uşaq yeməkləri və uşaq ləvazimatlarının qiyməti günü-gündən qalıxır, kəllə-çarxa çatır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur: “Uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır. Əgər güzəştlərdən söhbət gedirsə, bu sahəyə çox ehtiyac var”.

Əli Məsimli cərimələrin qoyulmasında uçot sisteminin tətbiqini də vacib sayıb: “Son dövrlərdə cərimələrlə bağlı cəmiyyətdə qıcıqlar yaranır. Cərimələr getdikcə artır, böyük rəqəmlər cərimə kimi qoyulur və buna izah verilmir. Bəzi hallarda əlavə vəsait cəlb etmək üçün süni cərimələr tətbiq edilir”.

Seçilən
7
18
heftelik.az

10Mənbələr