Bakı. Trend:
Dominikan Respublikası Paris Sazişinə olan möhkəm bağlılığınıtəsdiqləyir və qlobal iqlim böhranına cavab olaraq kollektivtədbirlərin zəruriliyini vurğulayır.
Trend xəbər verir ki, bunuDominikan Respublikasının iqlim dəyişikliyi və dayanıqlı inkişafüzrə vitse-naziri Ana Emiliya Pimentel Rodriqes COP29 Sammitindəçıxış edərkən bildirib.
"Son üç ildə Dominikan Respublikası dağıdıcı fırtınalar,genişmiqyaslı daşqınlar və ekstremal quraqlıq dövrləri iləüzləşərək ciddi iqtisadi və sosial nəticələrlə qarşılaşıb", — deyəPimentel Rodriqes vurğulayıb.
O, ölkənin iqlim dəyişikliyindən birbaşa təsirləri, məsələn,kənd təsərrüfatı məhsuldarlığının azalması, icmalarınqeyri-sabitliyi və inkişaf imkanlarının ciddi şəkildə məhdudlaşmasıkimi problemlərə diqqət çəkib.
Vitse-nazir həmçinin, Dominikan Respublikasının sahilyanıbölgələrinə təsir edən və ölkənin turizm sektoruna birbaşa təhlükəyaradan dəniz yosunu olan sarqasum məsələsinə toxunub.
"Çimərliklərin sarqasum ilə çirklənməsi milyonlarla dollarlıqziyana səbəb olub və bu, iqtisadiyyatımızın əsas sahəsininsabitliyini təhlükə altına qoyur", — deyə o bildirib.
Bu çətinliklərə baxmayaraq, Pimentel Rodriqes iqlim böhranınınaradan qaldırılması üçün beynəlxalq səylərin gücləndirilməsinəçağırıb.
"Qlobal balansın nəticələri aydındır: iqlim dəyişikliyininqarşısını almaq üçün kifayət qədər iş görmürük", — deyə vitse-nazirbildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.