AZ

Putin Trampla Ukraynanı müzakirə etməyə hazırdır- Bu şərtləri var ("Reuters")

Rusiya lideri Vladimir Putin ABŞ prezident seçkilərində qalib gələn, Donald Trampla Ukraynada atəşkəsi müzakirə etməyə hazırdır.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Kremldəki beş mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Putin Ukraynanın NATO-ya üzv olmaq fikrindən əl çəkməsində israr edir.

“Vladimir Putin Donald Trampla Ukraynada atəşkəs razılaşmasını müzakirə etməyə hazırdır, lakin istənilən böyük ərazi güzəştlərini istisna edir və Kiyevin NATO-ya üzv olmaq istəklərindən əl çəkməsini təkid edir”, – məlumatda deyilir.

Azpost.info

Seçilən
7
azpost.info

1Mənbələr