AZ

"Azərbaycanın sosial siyasət sahəsindəki uğurlarının beynəlxalq müstəvidə tanınması vacibdir" — İqtisadçı-ekspert

"Dünya ölkələrinin sosial siyasətini təhlil etdiyimiz zaman görürük ki, heç də bütün sosial yönümlü ölkələrdə Azərbaycandakı kimi konstruktiv və sistemli sosial siyasət müşahidə olunmamaqdadır. Ötən illər ərzində Azərbaycan 2 böyük sosial çağırış ilə üzbəüz qalmış və bu çağırışlara müvafiq olaraq adaptiv eyni zamanda dayanıqlı mexanizm formalaşdırmışdır. Sözügedən çağırışlar Covid-19 pandemiyası və 44 günlük Vətən Müharibəsidir. Hər iki çağırış zəminində Azərbaycanda sosial siyasətin effektiv həyata keçirilməsi əhalinin qarşılaşa biləcəyi sosial-iqtisadi risklərdən qorumuşdur".

Bu sözləri QHT.az- a özəl açıqlamasında ƏƏSMN yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib. Onun sözlərinə görə, son 6 il ərzində ölkədə formalaşan innovativ və qabaqlayıcı sosial siyasət zəminində bir çox sosial indikatorlarda dayanıqlı artım müşahidə olunur. İqtisadçı -ekspert həmçinin qeyd edib ki, paralel olaraq, dünyanın inkişaf etmiş ölkələrində bu formada genişspektrli və eyni zamanda müsbət dinamika verən göstəricilər sisteminin formalaşmadığını görməkdəyik. Təbii ki, bu uğurun və təcrübənin dünya ölkələri ilə paylaşılması kontekstində sözügedən göstəricilərin beynəlxalq müstəvidə yayımlanması prosesi olduqca aktualdır. Xüsusilə burada Dünya Bankının Business Ready hesabatının əmək münasibətləri və məşğulluq prosesləri bölməsinə diqqət yetirmək lazımdır. Bu gün həmin hesabatın sosial siyasət ilə bağlı bölməsində Azərbaycanın həm qanunvericilik, həm də digər faktorlar zəminində ciddi uğurlarının olması açıq şəkildə görünməkdədir.

Burada önəmli məsələ, metodoloji baxımdan hesabatın formalaşması zamanı işəgötürənlərin və işçilərin hesabat çərçivəsindəki sorğulara çox ciddi və həssas yanaşmasıdır. Çünki, etiraf etmək lazımdır ki, bəzən bu tip önəmli sorğuların mahiyyəti biznes sektorunda tam başa düşülməyə bilər. Bu səbəbdən, həm işəgötürənlər, həm də işçilər üçün çağırış edərək, Azərbaycanın sosial sahədəki uğurunun beynəlxalq müstəvidə tanınmasının vacibliyini və bu çərçivədə aparılan işlərə hər bir Azərbaycanın vətəndaşının xüsusi diqqətlə yanaşmasının zəruriliyini qeyd etmək lazımdır," — deyə Aslan Əzimzadə vurğulayıb.

 

Pərvanə Fərhadqızı

 

 

Seçilən
10
qht.az

1Mənbələr