AZ

Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı açıqlandı

"Velosiped ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli nəqliyyat vasitəsidir. Bununla yanaşı, velosipedçilərin yol hərəkətinin müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq".

Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, cari ilin 10 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 20 yol-nəqliyyat hadisəsində 10 nəfərin həyatını itirməsi, 10 nəfərin xəsarət alması da deyilənləri təsdiq edir.

Bildirilib ki, xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması, o cümlədən sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxılması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!"

Seçilən
1
16
buta.media

10Mənbələr