"Bizim ölkəmizdə aviasiya şirkətlərinin emissiyalarla bağlı aydın baxışı var. AZAL bunu səmərəliliyin artırılması hesabına yerinə yetirməyi planlaşdırır".
APA-nın məlumatına görə, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bugünkü mətbuat konfransında deyib.
Nazir bildirib ki, bunu pilotların təlimlərə cəlb olunması hesabına reallaşdırmaq mümkündür: "Səmərəliliyin artırılması növbəti illərdə həyata keçiriləcək. Biz "BSG Construction" şirkətini prosesə cəlb etmişik. Ümumilikdə isə COP29 təcrübə mübadiləsi üçün mükəmməl bir platformadır. Mən "Orta dəhliz" barədə demək istəyirəm ki, biz bu sahədə fəaliyyətimizi sinxronlaşdırmalı, xüsusilə də "Bakı-Tbilisi-Qars" dəmiryolu xətti vasitəsilə bu hədəfə nail olmalıyıq. Artıq bu xətt üzrə daşımalarımızın həcmini 1 milyon tondan 5 milyon tona qədər artırmışıq".