Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək.
Bu barədə Moderator.az-a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətindən məlumat verilib.
O, Türkiyədə yerli "Fənərbağça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
AVF-nin Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, “Levski” (Bolqarıstan) - “Lüneburq” (Almaniya) duelində hakimlərin işinə qiymət verəcək. Həmin qarşılaşma saat 22:00-da başlayacaq.