AZ

Bakı tamamilə elektrik avtobuslara keçəcək

“2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub”.

KONKRET.azxəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.

Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb:

“Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq”.

Seçilən
14
19
konkret.az

10Mənbələr