AZ

"İqlim maliyyəsinə çıxışı asanlaşdırmaq üçün bütün imkanlardan istifadə edilməlidir"- Burundili nazir

"İqlim maliyyəsinə çıxışı asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək lazımdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Burundinin infrastruktur naziri Dukundane Dieudonne COP29-da İqlim və Urbanizasiya üzrə Nazirlər Toplantısı çərçivəsində “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada deyib: "Ölkələr razılaşmalıdırlar ki, ilk növbədə infrastrukturu yaşıllaşdırmaqdan başlamaq lazımdır. İqlim maliyyəsinə çıxış heç də asan olmayan bir yoldur. Buna görə də bu maliyyələşdirmə imkanlarına çıxışı asanlaşdırmaq üçün əlimizdən gələni etməliyik".

Nazir qeyd edib ki, ölkəsindəki şəhərlərdə mühərrikli nəqliyyat vasitələrinin sayı artır: "İqlim dəyişikliyinə təsiri aşkardır. Yeganə həll yolu model dəyişikliyinə getmək, yəni nəqliyyat xidmətlərimizdə yanacaqdan asılılığı məhdudlaşdırmaq üçün metro və ya tramvay layihəsinə başlamaqdır. Bunun yaxşı tərəfi odur ki, hazırladığımız layihə özəl sektorun marağını asanlıqla cəlb edə bilər".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
5
1
teleqraf.com

2Mənbələr