AZ

Azad edilmiş ərazilərdə istifadəyə verilən məktəblərin sayı açıqlandı

Bu il işğaldan azad edilmiş ərazilərdə beş məktəb binası istifadəyə verilib. 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Bundan əvvəlki illərdə isə Füzuli şəhəri 1 saylı, Laçın şəhərində 2 saylı, Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan rayon Ağalı kənd məktəbi istifadəyə verilib. 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq, istifadəyə verilib”, - deyə nazir bildirib.

Anar Kəlbiyev

 

Seçilən
8
1
unikal.az

2Mənbələr