20 Noyabr 2024-cü il tarixində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci, Ağsu rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü münasibətilə tədbir keçirilib.
Viral.az ədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Son Yazılar:
- YAP-ın Ağsu rayon təşkilatının 31-ci ildönümü münasibətilə tədbir keçirildi
- Sertifikasiyadan keçən müəllimlər bu qədər maaş ALACAQ
- Bu il tikilən və təmir edilən məktəb binalarının sayı AÇIQLANDI
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Füzuli Abdullayev tədbir iştirakçılarını salamlayaraq, Yeni Azərbaycan Partiyasının 32, Ağsu rayon təşkilatının 31 illik fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə çalışırlar. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan irəli gəlir. Füzuli Abdullayev qeyd etdi ki, bütövlükdə, partiyanın bugünkü uğurları gələcəyə daha böyük əminliklə yanaşmağa əsas verir.
Tədbirdə Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.
Ağsu rayon Ağsaqqallar şurasının sədri Vaqif Nəzərov, Ağsu rayon Veteranlar cəmiyyətinin sədri Camaləddin Zeynalov, Partiya veteranı Əli Hüseynov, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, Ağsu rayon Təhsil sektorunun metodisti Elnur Fərzəlizadə çıxış edərək Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın sədri, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Çıxışlardan sonra YAP Ağsu rayon təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalı Fəxri Fərmanlarla mükafatlandırılıb, partiyaya yeni üzv qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.