Ötən gün Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin edilən Leyla Şövkətli-Mənsimli Milli Məclisin əməkdaşıdır.
O, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ekspertidir.
Leyla Şövkətli-Mənsimli bir müddət əvvəl test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək hakimliyə namizəd olub.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim təyin edilən Bəhruz Müslümov da Milli Məclisin əməkdaşıdır.